Jul 13

Baydendən ETİRAF: "Çoxlu səhvlər edirəm"

ABŞ Prezidenti Co Bayden tez-tez səhvlərə yol verdiyini və bəzən adları qarışdırdığını etiraf edib

Mozalan.az TASS-a istinadən xəbər verir ki, buna baxmayaraq, Bayden seçki yarışından geri çəkilmək ehtimalını istisna edib.

"Ola bilsin ki, debatdan sonra mətbuatın mənə hücumu oldu. Mən çoxlu səhvlər edirəm. Adları səhv saldığıma görə məni sərt tənqid edirlər. Mən deyirəm ki, bu Çarlidir, bu da Billdir", - deyə ABŞ lideri Miçiqanda keçirilən mitinqdə bildirib.

Bayden şikayət edib ki, media onun əsas siyasi rəqibi respublikaçı Donald Trampın oxşar səhvlərinə o qədər də əhəmiyyət vermir.

Bənzər xəbərlər

Gündəm

0.028564929962158