Jul 13

Hindistan dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib ola bilər

Yüksək iqtisadi artım templəri nümayiş etdirən Hindistan əvvəllər düşünüldüyü kimi, 2048-ci ilə deyil, artıq 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib ola bilər.

Mozalan.az TASS-a istinadən xəbər verir ki, Hindistan Ehtiyatlar Bankının rəhbərinin müavini Maykl Debabrata Patra jurnalistlərə bildirib ki, respublikanın 2060-cı ilə qədər ən böyük iqtisadiyyata çevrilmək imkanı da var.

"Hindistanın özünəməxsus güclü tərəflərini nəzərə alsaq, ölkənin 2048-ci ilə deyil, artıq 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcəyini və 2060-cı ilə qədər dünyanın ən böyük iqtisadiyyatı olacağını demək olar", - Patra bəyan edib.

O, bildirib ki, ölkə 2030-cu ilə qədər mal və xidmətlərin ixracını hazırkı 768 milyard dollardan 1 trilyon dollara çatdırmaq üçün səyləri artırmalıdır.

Bənzər xəbərlər

Gündəm

0.071027040481567