Co Bayden Parisdə keçiriləcək Olimpiadaya qatılmayacaq
ABŞ Prezidenti Co Bayden Yay Olimpiya Oyunları üçün Parisə səfərini ləğv edib.
Oxu.az rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qərarın səbəbi açıqlanmır.
Bayden öz yerinə Parisə üç nümayəndə heyəti göndərəcək.
Olimpiadanın açılış mərasimində prezidenti ABŞ-nin Birinci xanımı Cil Baydenin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Avqustun 11-də keçiriləcək bağlanış mərasimində ABŞ-ni vitse-prezident Kamala Harrisin əri Duqlas Emhoff, Paralimpiadada senator Tammi Dakvort və səhiyyə naziri Xavyer Beserra təmsil edəcəklər.