Hüseyn Həsənovun şirkəti məhkəməyə verilib
Rusiyanın Volqodonsk şəhərindən olan sahibkar azərbaycanəsilli bloqer və iş adamı Hüseyn Həsənovun şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
Bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Qeyd olunur ki, Yuliya adlı qadın altı ay əvvəl 10 milyon rubl (193 min manat) xərcləyərək satış öyrədən şirkətdə kurs keçib.
Kurs Hüseyn Həsənovun "Banda" MMC şirkəti ilə biznes məsləhətçisi Yelena Arikova tərəfindən yaradılıb.
Sahibkar Yuliyanın dediyinə görə, bahalı kurslardan alınan məlumatların faydasız olduğu ortaya çıxıb və o, indi xərclədiyi pulun qaytarılmasını tələb edir.
Mənbə: "Shot"