AVRO-2024-də zəif nəticə göstərən ərinə döşəməni sildirdi
Futbol üzrə Ukrayna millisinin yarımmüdafiəçisi Viktor Tsıqankovun həyat yoldaşı Romana Tsıqankova Almaniyada keçirilən Avropa çempionatında zəif çıxış edən ərini özünəməxsus şəkildə cəzalandırmaq qərarına gəlib.
Belə ki, İtaliyanın "Jirona" klubunda çıxış edən ukraynalı yarımmüdafiəçi cəza olaraq həyat yoldaşının göstərişi ilə mənzilinin döşəməsini silməyə məcbur qalıb.
Görüntüləri futbolçunun xanımı özünün "Instagram" səhifəsində paylaşıb.
Xatırladaq ki, Ukrayna Avro-2024-ün qrup mərhələsində E qrupunda mübarizə aparıb. Belçika, Rumıniya və Slovakiyaya rəqib olan Ukrayna qrupu sonuncu - dördüncü yerdə bitirib. Rumıniya və Belçika növbəti mərhələyə yüksəliblər.