Jun 30

Leninin şəklini paylaşan litvalı böyük məbləğdə cərimə edildi

Litvada "Facebook" sosial şəbəkəsində Vladimir Leninin portreti və onun məşhur "oxumaq, oxumaq, yenə də oxumaq" şüarını paylaşan ictimai fəal Erika Şençeneni cərimə edilib.

Qeyd olunub ki, Kaunas əyalətinin polis komissarlığı ictimai fəalı 700 avro məbləğində (təxminən 1 270 manat) cərimələyib.

Litva polisi inzibati xətalar məcəlləsinin "nasist və kommunist simvollarının, avtoritar rejimlərin simvollarının açıq nümayişinə görə" maddəsinə əsasən cəriməni tətbiq etdiyini açıqlayıb.

Öz növbəsində ictimai fəal Erika Şençene qərarla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Bənzər xəbərlər

Gündəm

0.049016952514648