Gəncədə DƏHŞƏTLİ ƏMƏL: Qısqanclıq zəminində qadını öldürdü, kişini isə yaraladı
Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.
Mozalan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.
Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.