Culian Assanj azadlığa çıxdı
"WikiLeaks"in rəhbəri Culian Assanj 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından çıxaraq ölkəni təyyarə ilə tərk edib.
Bu barədə "WikiLeaks" məlumat yayıb.
"O, 1901 gün keçirdiyi Belmarşı iyunun 24-ü səhər tərk edib. London Ali Məhkəməsi onu girov müqabilində buraxıb. Assanj Stansted aeroportuna gedib, təyyarə ilə Böyük Britaniyanı tərk edib", - təşkilatın "X" hesabında qeyd olunub.
JULIAN ASSANGE IS FREE
— WikiLeaks (@wikileaks) June 24, 2024
Julian Assange is free. He left Belmarsh maximum security prison on the morning of 24 June, after having spent 1901 days there. He was granted bail by the High Court in London and was released at Stansted airport during the afternoon, where he boarded a…
"WikiLeaks", həmçinin, Assanjla ABŞ prokurorluğu arasında günahın etirafına dair razılığa gəlindiyi barədə ABŞ məhkəməsinin məlumatını təsdiqləyib. Buna rəğmən, təşkilat qeyd edib ki, razılıq hələ tam deyil.
Bir müddət öncə Şimali Marian Adalarının (ABŞ ərazisinə daxildir) Federal Dairə Məhkəməsi həmin razılaşma çərçivəsində Assanjın günahının bir hissəsini etiraf edə biləcəyinə dair sənəd dərc etmişdi. NBC telekanalının məlumatına görə, bu, Assanja beş ildən sonra azadlığa çıxmaq şansı verir.
Assanjın ittihamın müəyyən hissəsini qəbul edə biləcəyi məhkəmə iclası Saypan adasında yerli vaxtla 26 iyun saat 9:00-da (Bakı vaxtı ilə 3:00) baş tutacaq.
Mənbə: TASS