Jun 21

Netanyahunun ofisi Ermənistanın Fələstini tanımaq qərarına reaksiya verdi

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Ermənistanın Fələstini tanımaq qərarına reaksiya verib.

Bununla bağlı Netanyahunun ofisinin müşaviri fikir bildirib.

"İrəvanın Fələstini tanımaq qərarı Ermənistanın İsraillə münasibətləri üçün ciddi, uzunmüddətli nəticələrə səbəb olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Fələstini dövlət kimi tanıdığı barədə bəyanat verib. Bununla bağlı olaraq Ermənistan səfiri şiddətli töhmət vermək üçün İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

Mənbə: TASS

Ermənistan səfiri İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb Ermənistanın Fələstin dövlətini tanıdığını elan etməsi olub.

"Ermənistanın Fələstin dövlətini tanıması nəticəsində İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini şiddətli töhmət vermək üçün çağırıb", - bəyanatda bildirilir.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.02838397026062