Daha sənəd də keçmir: Rusiyada miqrantlarla bağlı yeni əmr
Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") miqrantların rus dilini bildiklərinə dair sertifikatlarının olmasına rəğmən, rusca biliklərinin minimal olması hallarını nəzarətə alacaq.
Məlumata görə, əlavə yoxlanmaya xarici vətəndaşla bağlı şikayətlər səbəb olacaq. Ancaq miqrantla bağlı azı üç şikayət olmalıdır.
Bu hallar qurumun müvafiq əmrində yer alıb.
"Sonra onun (miqrantın) etibarlı şəhadətnaməsi olsa belə, yoxlama aparılacaq", - əmrdə deyilir.
Eyni zamanda, Dövlət Dumasına özəl təşkilatların miqrantlara rus dilini bildiklərini təsdiq edən sertifikatlar verməsini qadağan edən qanun layihəsi təqdim olunub.
Mənbə: Kommersant