Yürüş zamanı daha çox kalori itirməyin sadə üsulu
Qeyri-bərabər sürətlə gəzmək adi haldan daha çox kalori yandırmağa kömək edir.
Bu barədə ABŞ-li alimlər araşdırma aparıblar.
Belə ki, orta yaşı 24 və orta çəkisi 70,5 kiloqram olan könüllülərdən qaçış zolağında beş dəqiqə gəzmələri istənilib. Bu zaman xüsusi sistem onların addımlarının orta uzunluğunu qeyd edib.
İştirakçılardan daha beş dəqiqəlik gəzinti üçün addımlarının uzunluğunu dəyişmələrini istəyiblər. Addım uzunluğu normaldan 5-10% (həm artım, həm də azalma) fərqlənməyə başlayıb. Enerji sərfiyyatı nəfəslə buraxılan karbon qazının həcmi ilə qiymətləndirilib.
Alimlər hesab edirlər ki, insanlar qısa addımlardan uzun addımlara və əksinə hərəkət edərkən sabitliyi qorumaq üçün daha çox əzələlərdən istifadə etməli olurlar. Bu səbəbdən kalori sərfiyyatı artır. Nəticələr yaşlı insanların (xüsusilə nevroloji xəstəlikləri olanların) gəzmək üçün daha çox kaloriyə ehtiyacı olduğunu göstərir.
Mənbə: Daily Mail