Jun 16

Suriya vətəndaşı Türkiyədə qətliam törətdi: Altı ölü, iki yaralı

Türkiyədə əcnəbi vətəndaş naməlum səbəbdən beş nəfəri öldürüb, iki nəfəri yaralayıb, daha sonra intihar edib.

Hadisələr Qaziantepin Şahinbəy rayonunun Üçoklar, Barak və Vətən məhəllələrində baş verib.

İddiaya görə, psixoloji problemləri olan Mustafa H. adlı Suriya vətəndaşı əvvəlcə bərbərxanada bir nəfəri, daha sonra evdə dörd nəfəri tapança ilə atəş açaraq öldürüb. Evə edilən hücumda iki nəfər yaralanıb.

Qətli törətməkdə şübhəli bilinən şəxs daha sonra hadisə yerindən qaçıb. Polis qrupları tərəfindən təqib edilən qətl şübhəlisi başına atəş açaraq həyatına son qoyub.

Hadisələrdən sonra yaralananlar müalicə olunmaq üçün müxtəlif xəstəxanalara aparılıb. Həyatını itirən və xarici ölkə vətəndaşları olduğu təsbit edilən qurbanların cəsədləri şəxsiyyətlərinin tam müəyyən edilməsi üçün Qaziantep Ədliyyə Tibb Morquna aparılıb.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.029474020004272