Nov 21

Ramiz Mehdiyev Dövlətin qanunlarına meydan oxuyur:AMEA-da şok olaylar baş verir…

Əhvalat baş verir,Möhtərəm Prezidentimizin,Müzəffər Ali Baş Komandanımızın tariximizə qızıl hərflərlə yazılan 44 gün ərzində dünyanın əksər böyük dövlətlərinin himayədarlıq etdiyi ermənistanı siyasət və hərb meydanında məğlub edərək işğal altında olan rayonlarımızı azad edərək özgürlüyünü bərpa edib milli qürurumuzu xalqımıza qaytardığı şanlı günlərdə Ramiz Mehdiyevin ailə biznesinə daxil olan Qurd qapısı restoranı sayağı idarə etdiyi AMEA-da…Ramiz Mehdiyev AMEA-nın Prezidenti olandan sonra ətrafına topladığı Azərbaycan əleyhdarları olan sabiq məmurların Ziya Məmmədovun,Eldar Həsənovun digərlərinin yaxın qohum-əqrabaları və sağ qolu olan kifayət qədər qaranlıq keçmişi olan Rasim Ağasiyevlə birləşərək AMEA-nın xalqına,dövlətinə sadiq olan yüksək ixtisaslı kadrlarına qarşı əsil səlib yürüşü açıb.

Onlardan biri,AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində işləyən kifayət qədər perspektivli kadr olan Sevil Zülfüqarovanın qocalsada hikkəsindən qalmayan Ramiz Mehdiyevin qəzəbinə gəlməsinin səbəblərini incələmək istəyirik.

MEK-nı sözün əsl mənasında karvansaraya,alver yuvasına döndərmiş sabiq direktorLeyla İmanovanın qiymətli kitabları yoxa çıxartması və yol verdiyi digər qanunazidd əməllərlə bağlı dəfələrlə Ramiz Mehdiyevə müraciət etsədə qoca kardinal nədənsə Sevil Zülfüqarovanı qəbul edib dinləmək əvəzinə,qaranlıq əməllərinin AMEA-da icraçısı olan Rasim Ağasiyev vasitəsiilə xanım ziyalıya təzyiqlər edərək sovet üsulları ilə MEK-ya davamlı yoxlayıcı komisiyyalar göndərərək aşıb-daşan hikkəsinin sonuna gəlir və 20 noyabr 2020 -ci ildə AMEA-nın Rəyasət Heyyətini toplayaraq koronavirusa yoluxub təcriddə həkim nəzarətində olan Sevil Zülfüqarovanın iştirakı olmadan xanım ziyalını qeyri-qanuni,birmənalı olaraq Dövləti qanunlarına meydan oxuyaraq Rasim Ağasiyevin arzusu ilə vəzifəsindən azad edərək görünməmiş qanunsuzluğa imza ataraq məşhur Mehdiyevşina xislətini bir daha biruzə verir.

Hazırda KOVİD-19-a yoluxaraq həkim nəzarətində olan Sevil Zülfüqarovanın Dövlət Başçısına,Birinci Vitse- Prezidentə düçar olduğu Mehdiyev repressiyası ilə bağlı müraciətini,MEK-ki şok korrupsiya faktları,yoxa çıxmış qiymətli kitablar barədə,

Rəyasət Heyyətinin işdən əsassız çıxarılmış üzvləri,Rasim Ağasiyevin qaranlıq keçmişindən bigiləri dərc edərək cəmiyyətə təqdim edəcəyik,nələr,nələr…

Qarşı tərəfidə dinləməyə hazırıq

Ərtoğrul Fateh

İdeologiya.az

Bənzər xəbərlər

Gündəm

0.060527086257935