Nov 16

Ukrayna maliyyə böhranı ilə üzləşə bilər

Ukrayna Avropa İttifaqından yeni tranşların olmaması səbəbindən 2026-cı ilin yanvar ayında maliyyə böhranı ilə üzləşə bilər.

Mozalan.az xəbər verir ki, bu barədə "Handelsblatt" Avropa Komissiyasının yüksək vəzifəli rəsmilərinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, Aİ-nin əvvəllər Ukraynaya ayrılmış bütün vəsaitləri vaxtından əvvəl xərclənib. 4,1 milyard avroluq son tranş bu həftə Kiyevə köçürülüb. 2026-cı ilin birinci rübü üçün nəzərdə tutulan 6 milyard avroluq ehtiyat da tamamilə tükənib.

"Əgər biz maliyyələşdirməni tez bir zamanda təmin etməsək, Ukrayna çökəcək".

Brüssel hazırda təcili olaraq G7 tərəfdaşları ilə ERA kreditlərinin bir hissəsinin vaxtından əvvəl ödənilməsi barədə razılığa gəlməyə çalışır. Avropa Komissiyası artıq ödənişləri sürətləndirmək üçün ABŞ, Böyük Britaniya və Kanadaya müraciət edib.

Vəziyyət Belçikanın Ukrayna üçün yeni Avropa dəstək fondunun yaradılmasını dayandırmaqda davam etdiyi mövqeyi ilə çətinləşir. Bu məsələnin həlli və yeni maliyyə paketləri olmadan Avropa Komissiyası Kiyevin gələn ilin əvvəlində büdcə böhranından qaça bilməyəcəyini təxmin edir.

Elvin

Mozalan.az

Bənzər xəbərlər

Gündəm

0.031071901321411