Nov 16

Çinin rəsmisi Yaponiya Baş nazirini hədələdi

Yaponiya Çinin Osakadakı baş konsulunun hərəkəti ilə bağlı Pekindən qətiyyətli tədbirlər gözləyir.

Mozalan.az xəbər verir ki, bu açıqlamanı Yaponiya ictimai yayımçısı(NHK) yayb. Hökumətin açıqlamaslnda qeyd olunur ki, Yaponiya hökuməti Çinlə münasibətlərin daha da gərginləşməsindən qaçmaq istəyir, lakin Osakadakı baş konsul Xue Jianın Tayvanla bağlı şərhlərinə görə sosial mediada Yaponiya baş nazirini "başını kəsəcəyi" ilə hədələməsinə cavab olaraq qətiyyətli tədbirlər görməyin zəruri olduğunu düşünür.

NHK-nin məlumatına görə, Yaponiya hökuməti ümumiyyətlə vəziyyətin daha da gərginləşməsindən qaçmaq istəyir və hazırda əvvəllər vətəndaşlarını Yaponiyaya səyahət etməmək barədə xəbərdar edən Çinin hərəkətlərini "sakit şəkildə" qiymətləndirir. Yaponiya hökuməti Çindən Yaponiyaya turist axınının azalmasının ölkənin bütün turizm sənayesinə təsir edəcəyindən qorxur. NHK-nın məlumatına görə, ümumilikdə Yaponiya hakimiyyəti vəziyyətin daha da gərginləşməsinin hər iki tərəf üçün əlverişsiz olduğuna əmindir və buna görə də mövcud vəziyyəti sakitcə həll etmək niyyətindədir. Eyni zamanda həm Baş nazir Takaiçinin sədrlik etdiyi hakim Liberal Demokrat Partiyası, həm də müxalifət tərəfindən Xue Jianın sözlərinə sərt reaksiya vermək, o cümlədən ölkədən qovulmaq çağırışlarının səsləndirildiyi vurğulanır.

Qeyd edək ki, parlament müzakirələri zamanı Takaiçi Tayvan yaxınlığında mümkün hərbi böhranın Yaponiyanı "kollektiv özünümüdafiə hüququndan" istifadə etməyə məcbur edə biləcək "mövcudluq təhlükəsi" yaradacağını bildirib. Bu, Pekinin güclü narazılığına səbəb oldu və Tokioya ciddi xəbərdarlıq etdi. Bundan əlavə, Xue Jian X sosial media səhifəsində Yaponiya baş nazirinin başını kəsməklə hədələyib, lakin bu paylaşım sonradan silinib.

Bənzər xəbərlər

Gündəm

0.024346113204956