Apr 16

Rövşən Rzayev rüşvətə görə diğər nazirlikdən qovulan, latın əlifbasını bilməyən şəxsi niyə sektor rəisi təyin edib?

Bir müddət əvvəl Rövşən Rzayev Energetika Nazirliyinin keçmiş əməkdaşı Hacıqulu Sadıqovu Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna rəis vəzifəsinə təyin etdi.
Əcaba hansı xidmətlərinə görə?
Axı bu məmur əvvəllər Energetika Nazirliyinin Qaz Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.
O, nazirlikdə rüşvət şəbəkəsi yaratdığına görə, 2017-ci ildə işdən azad edilib. İddialara görə, o, bölgələrdə olan idarələrə tapşırıbmış ki, 500 manata təsdiq edilən layihələrə görə 3500 manat alsınlar.
Azerinfo.tv xatırladır ki, bu məmurun adı idarə əmədkaşına qarşı əxlaqsız hərəkət etdiyinə görə də, mətbuatda hallanıb.
Həmin vaxt Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin 15-ə yaxın işçisi vəzifəsindən uzaqlaşdırılmışdı. Hacıqulu müəllimin qərarına etiraz edən işçilər bu addımın qanunsuz olduğunu iddia edirdilər. Şikayətçilərdən birinin iddiası isə daha qalmaqallı idi. İdarənin 11 illik işçisi Ülkər Qasımovanın iddasına görə, rəisin etdiyi əxlaqsız təkliflə razışmadığı üşün işdən uzaqlaşdırılıb: “11 il dövlət qulluğunda qanuni işçi kimi fəaliyyət göstərmişəm. Hacıqulu Sadıqov iyun ayında bizə yeni rəis təyin olunandan sonra 15-ə yaxın işçini qanunsuz şəkildə işdən çıxarıb. O, bir dəfə mənə də əxlaqsız təklif etdi. Təklifini qəbul etmədiyim təqdirdə işdən azad edəcəyini dedi. Qanuni dövlət qulluqçusu olduğumu və belə asanlıqla işdən azad olunmayacağımı bildirsəm də, dediyindən dönmədi. Oktyabr ayında mən xəstə olarkən bülletenim olduğu halda nazirliyə məktubla müraciət edib və ştatımı bağlatdırıb. Bu barədə mən də nazirə yazsam da, hər hansı bir cavab gəlməyib. Həmin şəxs heç dövlət qulluqçusu da deyil, adi latın əlifbasını da bilmir. Müxtəlif qurumlara, prezidentə belə məktub yazmışam. Mən öz haqqımın tapdanmasını istəmirəm”.
Yəni adı rüşvətə və qalmaqallara bulaşmış şəxsi yenidən məsul vəzifəyə gətirməkdə məqsəd nədir? Hansı keyfiyyətlər onda var ki, cənab Rzayev Hacıqulu Sadıqovdan vaz keçə bilmir?

Bənzər xəbərlər

Gündəm

0.02399206161499