Alı Qocayev nədən bu vaxta qədər HƏBS OLUNMAYIB?
"Millət necə tarac olur, olsun.
Nə işim var?!
Düşmənlərə möhtac olur, olsun.
Nə işim var?!"
Yox.,bu sözləri bu dəfə biz demirik.
Bu dəfə bu misraları bizə Samux rayon Sərkar kənd sakini Məmmədov Elşən Mayor oğlu dəfələrlə onun üzünə qapı açmayan 73 yaşlı İcra başçısı Alı Qocayevin adından səsləndirdi.
"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına sakini olduğu Samux rayonunun İcra Hakimiyyəti başçısı Alı Qocayevdən gileylənən Elşən Məmmədov 1-ci qrup əlildir. Əmək qabiliyyətini tamamilə itirmiş əlilin yeganə gəlir yeri aldığı təqaüddür. Onu da deyir elə Alı Qocayevin qəbuluna düşüb, dərdini danışmaq ümidilə hər dəfə taksilərə xərcləyir.
Amma, Samux rayonun İcra Hakimiyyətinin bir özəlliyi də diqqətimizi çəkdi.
Redaksiyamıza müraciətində İcra başçısının özünün deyil, müavinlərinin qəbul etdiyindən gileylənirdi bəziləri.
Amma, sən demə Samux rayon sakinləri onlardan da acınacaqlı durumda İmişlər.
Elşən Məmmədov deyir ki, "mən dəfələrlə pensiyamı yollara xərcləyib İcra Hakimiyyətinə gedirəm dərdimi deyim. Məni nə İcra başçısı Alı Qocayev, nə müavinləri Arif Ağayev, Tahir Qarayev, Rövşən Qurbanov və digər həyətlərdən də heç kimsə qəbul edib, məni dinləmir."
Ə. Məmmədov onu da bildirir ki:
- "bir dəfə başçının müavini Arif Ağayev məni dinləyib, cavab verdi ki, "büdcədə pul yoxdur. Ona görə də köməklik edə bilmərik."
Gündə deyirlər yol çəkirik. Hara yol çəkirlər ki, biz onu görmürük. Bəs bu qədər yığılan torpaq pulu, filan hara gedir?
Hara işlədirsiniz o pulları?"
Samux rayon sakininin yerli İcra Hakimiyyətinə və digər səlahiyyətli şəxslərə ünvanladığı bu sual yəqin ki, cavabını hələ çox axtaracaq və güman ki, tapmayacaq da.
Çünki, internet üzərindən kiçik araşdırma aparıb öyrəndik ki, bu kimi suallar doğuran məsələlər 73 yaşlı məmur Alı Qocayevin təcrübəsində ilk deyil. Samux rayonuna İcra Hakimiyyəti başçısı təyin edilməzdən əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. Binəqədi rayon M.Rəsulzadə qəsəbəsindəki Heydər Əliyev parkının sözdə bərpası üçün götürdüyu 4.000.000 (dörd milyon) manat məbləğin hara xərcləndiyi sualı da illərdir ki, cavabsız qalıb.
Vətəndaş Elşən Məmmədovun digər sualı olan "məni niyə qəbul etmirsiniz?" sualı da həmçinin cavabsız qalıb.
Güman edirik ki, məsələ içtimailəşdirildən sonra bəlkə heç olmasa bu suala cavab verən bir səlahiyyət sahibi tapılacaq.
Qeyd: DogruXeber.az-a Samux rayonundan daxil olan bu kimi mənfi hallar, vətəndaş hüquqlarının pozulması, İcra başçısı tərəfindən qəbul edilməmək, və sair kimi narazılıqlar barədə məlumatlar çoxdur.
Ardıcıllıqla hamısı yaxın günlərdə agentliyimiz tərəfindən yayımlanacaq.
P.S: Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini ğyrənmək məqsədilə Samux rayon İcra hakimiyyətinin şəxsi internet səhifəsində yerləşdirilən telefon nömrələri vasitəsilə əlaqə saxlamağa çalışdıq. Lakin, telefonların dəstəyini qaldıran olmadı.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.