Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb
7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində seçki məntəqələri yaradılıb.
Mozalan.az xəbər verir ki, bu barədə Səfirliyin “X” platformasındakı səhifəsində bildirilib.
“7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı Səfirliyimizdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin 46 və 47 saylı seçki məntəqələri yaradılıb”, – məlumatda qeyd edilib.