Apr 01

Davud Bağırov görəsən kimə və nəyə arxalanıb Ali Məhkəmənin ədalətli qərarını icra etmək istəmir?!

Saytımızda 12 fevral 2019 il tarixdə işıq üzü görən “Davud Bağırov məhkəmənin ədalətli qərarını icra edəcəkmi?” məqaləsində qeyd edilmişdir ki, ABŞ vətəndaşı azyaşlı Ceylanın işində Komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırova qarşı Merim Beishekeyevanın (Beyşekeyevanın) iddiası əsasında Dubayda baş tutan Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 fevral 2019 il tarixli QƏRARINA əsasən tanınıb və məcburi icrasına yönəlib.

Həmin məqalədən 11 gün əvvəl – yəni 01 fevral 2019 il tarixdə işıq üzü görən məqaləmizdə respublikanın Ailə, Qadın və Uşaq problemlər üzrə komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin qardaşı Bağırov Davudun Dubay Apellyasiya Məhkəməsini də aldatmağa çalışması cəhdlərin baş tutmaması, Bağırov Davud tərəfindən Mamurova Aselin, onun vasitəsilə Merim Beishekeyevanın (Beyşekeyevanın) əleyhinə Qırğızıstandan və Azərbaycandan dəvət etmiş olduğu yalançı şahidlərin özlərini və Bağırov Davudu ifşa edən ifadələri Dubay Əmirliyinin Apellyasiya İnstansiyası Məhkəməsini də hiddətləndirməsini Bağırov Davudun küllü miqdarda cərimələnməsini, Bağırov Davudun və Jeksenbayeva Zarinanın uşaq oğurluğuna dair dayandırılmış cinayət işinin bir neçə vaxtdan sonra təzələnəcəyi, Bağırov Davudun, onun nümayəndə və vəkili olmuş Quliyev Azərin 20 iyul 2017-ci il tarixində və 14 yanvar 2019-cu il tarixində hazırlamış, AR Ali Məhkəməsinə təqdim etmiş olduğu etirazlarının, Bağırov Davudun AR Ali Məhkəməsinin 05 oktyabr 2017 il tarixli Qərardadına qarşı konustitusiya məhkəməyə 13 noyabr 2017-ci il tarixində təqdim etmiş olduğu şikayətin surətləri çap edilmişdir.

Həmin məqalədə “Respublikanın birinci vitse prezidentinə təkrarən növbəti şok-məktub” müraciət göndərilmişdir. Mətbuat səhifələrində ABŞ vətəndaşı olan azyaşlı Ceylanın anası Merim Beishekeyevadan (Beyşekeyevadan) oğurlanaraq viza rejimi kobud surətlərdə pozulmaqla Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, iş üzrə uzun müddət qalmaqallı məhkəmə proseslərinin davam etməsinə dair yüzlərlə məqalələrin çap edilməsi ilə nəticələnsə də, bu işdə dövlət məmurlarının da adları keçsə də, bu günə qədər məsələ öz hüquqi həllini tapmamış, bu azmış kimi konustitusiya məhkəməsi tərəfindən də hüquqa zidd məhkəmə aktının çıxmış olması ilə nəticələnmişdi.

Bir daha oxucuların diqqətinə çatdırılır ki, 2017 ilin mart ayının əvvəllərindən başlayaraq “Yeni Müsavat” qəzetində, Musavat.com saytında, “Pravdainfo.org” və “Təzadlar” saytlarında, digər qəzet və çoxsaylı saytlarda, sonuncu dəfə “AzEuroNews.com” saytının 20 iyun 2018 il tarixli, “Millətinsəsi.info” 21 iyun 2018 il tarixli buraxılışlarında “Hicran Hüseynovanın adı keçən Ceyla işində Mehriban Əliyevaya şok – Məktub” məqaləsində, 09 oktyabr 2018 il tarixli buraxılışda “konustutusiya məhkəməsindən və onun sədrindən görünməmiş rəzalət” məqaləsində, “Təzadlar” və “Hürriyyət” qəzetlərində və saytlarında Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının kobud surətdə, qəddarcasına pozulmuş olmasından onun hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadənin məlumatları işıq üzü görüb.

ceylo

12 fevral 2019 il tarixdə işıq üzü görən məqalədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019 il tarixdə çıxardığı Qərarla əlaqədar Ceylanın anası, Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə bizim sayta göndərdiyi məktubda Azərbaycanın Prezidentinə, onun xanımı birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə naziri və Məhkəmə Hüquq şurasının sədri Fikrət Məmmədova, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevə, onun müavini, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Şəlalə xanım Məmmədovaya, hakimlər: Ənvər Şadıyevə, Qəhrəman Allahverdiyevə və İlqar Xələfova təşəkkürlərini bildirməklə eyni zamanda konustitusiya məhkəməsi tərəfindən 25 iyul 2018-ci il tarixiylə çıxarılmış qərarında irad tutulmuş səbəblərə aydınlıq gətirmişdir.

Həmin məqaləmizdə ətraflı qeyd etdiyimizdən indiki məqalədə bütün təfərrüatlarını təkrar etməyəcəyik. Sadəcə bu günkü məqaləmizin işıq üzü görməsinə səbəb Bağırov Davudun Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 fevral 2019 il tarixli QƏRARINA əsasən İcra Vərəqəsinin icra edilməsinin qarşısını almaq üçün yenidən respublikanın konustitusiya məhkəməsindən “yararlanmaqda” növbəti dəfə bacısı olmuş – respublikanın ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin uşaq problemlər müdiri olmuş Bağırova Cəmilənin, həmin komitənin sədri olmuş Hüseynova Hicranın, konustitusiya məhkəməsinin sədri olmuş Fəryad Abdullayevin arvadı- Səbayıl rayon qeydiyyat şöbəsinin rəisi olmuş İsgəndərova İradənin və digər məsul vəzifəli şəxslərin “köməklərindən” istifadə etməyə “çalışmışdı”.

Məhkəməyə konustitusiya şikayətini vermiş olmağa Bağırov Davudun hüququ var idi. Lakin 2018-ci ildə olduğu kimi yenə də ona bacısının, bacısının işləmiş olduğu komitənin rəhbərinin, konustitusiya məhkəmənin sədrinin arvadının və digər məsul vəzifəli şəxslərin qanunsuz yollardan istifadə etmiş olaraq Bağırov Davudun “dadına çatmış olmağa” səy göstərmiş olmalarını heç cür başa düşmək olmur. Əgər konustitusiya məhkəməsi keçən ilki “əməlindən” yenə də əl çəkmək istəməmiş olaraq Bağırov Davuda “yardım” etmiş olmağa çalışması respublikanın prezidentinə, onun xanımına, respublikanın prezidentinin yürütdüyü siyasətə açıqaşkar hörmətsizlik kimi dəyərləndirilə bilər.

A.H.Əfəndizadənin 31 yanvar 2019 il tarixdə youtube və facebook kanallarındakı çıxışlarına diqqəti yetirdikdə məlum olur ki, elə Bağırov Davudun Dubayda Merim Beishekeyevanı (Beyşekeyevanı) izlətmiş olaraq onun tək olduğu anda bir ərəb qadının vasitəsilə Türkiyədən Dubaya vurduğu telefonla hədələmiş olması, onun (yəni Bağırov Davudun) arxasında  konustitusiya məhkəməsinin sədri olmuş Fərhad Abdullayevin dayanmış olduğu barədə dediyi, öz xeyrinə konustitusiya məhkəməsindən qərarı almağa nail olacağını bildirməsi, bütün bu işlər üçün 80.000 (səksən min) pul məbləğinin xərcləndiyi bildirilmişdir.

A.H.Əfəndizadə çıxışlarında apardığı araşdırma nəticəsində həqiqətən də konustitusiya məhkəməsinin sədri olmuş Fərhad Abdullayevin isə öz arvadının (Səbail r-n qeydiyyat şöbəsinin rəisi İradə İsgəndərovanın) qisasını almış olmağa tələsdiyinə görə belə bir göstərişin onun əlinə düşməsinə sevincək halda icra etməyə çalışaraq 2018-ci ilin may ayında Bağırov Davudun vermiş olduğu şikayətini icraata götürməyə məhkəmənin tərkibinə - məruzəçi-hakim R.İsmaylova, sədrlik etmiş K.Şəfyevə göstərişi vermişdi.

Yeri gəlmişkən məruzəçi-hakim R.İsmaylov eyni zamanda vəkillərin ixtisas komissiyasının üzvü idi. Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azər də vəkillər kollegiyasının rəyasət heyətinin üzvü idi.

Konustitusiya məhkəməsinin sədri olmuş Fəryad Abdullayevin isə öz arvadının (Səbail rayon qeydiyyat şöbəsinin rəisi İradə İsgəndərovanın) qisasını almağa “əlində əsası var idi”. Belə ki, İradə İsgəndərova 2012-ci ilin dekabr ayının 12-də Bağırov Davudun özünün Azərbaycan ərazisində olmadığı, azyaşlı Ceylanın Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində anadan olarkən orada verilən doğum şəhadətnaməsini gördüyü halda Bağırov Davudun bacısı olmuş Bağırova Cəmilənin, onun rəhbəri Hüseynova Hicranın “xahişlərindən” imtina etməyərək 2000 (iki min) manat (o vaxt 2600 ABŞ dolları edib) pul məbləği müqabilində azyaşlı Ceylanın anası Merim Beishekeyevanın (Beyşekeyevanın) xəbəri olmadan qanunsuz şəkildə Ceylanın adına doğum şəhadətnaməsi vermişdi.

Sonradan 2016-cı ilin sonlarında bu qanunsuzluqdan xəbər tutan Merim Beishekeyeva (Beyşekeyeva) hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə vasitəsi ilə 1 saylı Bakı İnzibatiİqtisad Məhkəməsinə cavabdeh Səbail rayon qeydiyyat şöbəsinə, üçüncü şəxslər: Bağırov Davuda və Bağırova Cəmiləyə qarşı azyaşlı Ceylaya verilmiş “doğum şəhadətnaməsinin etibarsız sayılmasına və s.” İddiası ilə müraciət etmişdir.

Birinci İnstansiya Məhkəməsi və Apellyasiya İnstansiya Məhkəməsi iddianı heç bir əsas olmadan təmin etməmiş olsa da, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının (sədrlik edən hakim Zakir Quliyev) iş №2-1(102)- 1492/2018 saylı 14 fevral 2018 il tarixli Qərarına əsasən haqlı olaraq iddiaçı, tələbkar Merim Beishekeyevanın (Beyşekeyevanın) Kassasiya Şikayətinin təmin edilməsi, işin yenidən araşdırılması üçün yenidən Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxmışdır. Məhkəmə tərkibinin (sədrlik etmiş Həmidov Həmid) 14 iyun 2018-ci il tarixində çıxarmış olduğu qərarı ilə iddia yenidən heç bir əsas olmadan yenidən təmin edilmədən saxlanılmışdı. Həmin qərara qarşı Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilən növbəti Kassasiya Şikayətinin növbəti dəfə təmin edilməsinə dair Ali Məhkəmə tərəfindən (sədrlik edən hakim Kəmaləddin Bədəlov) 13 dekabr 2018 il tarixdə Qərar çıxarmışdır.

Həmin inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının hakimi Cahangir Yusifovun sədrliyi ilə ilk məhkəmə iclasını 11 aprel 2019 il tarixdə saat 12:00 da keçiriləcəkdir. Görünür konustitusiya məhkəmənin sədri olmuş Fərhad Abdullayevin əlinə arvadı İradə İsgəndərovanın qisasının alınmış olması üçün növbəti dəfə “şans düşmüş” olduğu üçün o, (yəni Fəryad Abdullayev) bütün varlığıyla “sevinmişdi”.

12 fevral 2019 il tarixdə çıxan məqaləmizdə qeyd edildiyi kimi bir daha diqqətə çatdırırıq ki, konustitusiya məhkəməsi 2018-ci ilin iyul ayının 25-də çıxarılmış olduğu qərarında cəmi 2 hala: aliment hissəsinin və qəyyumluğa görə xərclərin guya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmadığını qeyd etmişdi.

Digər hallara, o cümlədən nikah xərclərinə, mənzil üçün kirayə pulu hər ay üçün cavabdeh Bağırov Davuddan xərclər tutulub, iddiaçı Merim Beishekeyevaya (Beyşekeyevaya) verilməsinə, bir dəfəlik ödəniş qismində iddə müddətində (boşanmadan sonrakı 4 (dörd) aylıq müddətə) yaşayış xərclərinin cavabdeh Bağırov Davuddan alınaraq iddiaçı Merim Beishekeyevaya (Beyşekeyevaya) verilməsinə və s. hissələrinə toxunulmayıb.

İndi isə konustitusiya məhkəmənin 25 iyul 2018-ci il tarixiylə çıxarmış olduğu qərarında toxunmuş olduğu hallara diqqət yetirək. Birincisi: aliment hissəsinə dair onu bildirmək olar ki, Merim Beishekeyeva (Beyşekeyeva) iddianı məhkəməyə 14 iyul 2015 il tarixdə verəndə (mərhum Prezidentimiz Heydər Əliyevin ilk dəfə Azərbaycan dövlətinə 1969-cu ildə rəhbər seçildiyi gündə) azyaşlı Ceylanın 3 (üç) yaşı tamam olmamışdır (Ceyla 02 noyabr 2012 il tarixdə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərdə anadan olmuşdur, həmin dövlətin vətəndaşıdır, iddia veriləndən 3 ay 18 gündən sonra 3 yaşı tamam olmuşdur).

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AR AM-nin) 76 maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı nəzərdə tutulmuşdur.

AR AM-nin 76.1 maddəsində Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

AR AM-nin 76.1.1 maddəsində 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

AR AM-nin 76.1.2 maddəsində 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

AR AM-nin 76.1.3 maddəsində 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

AR AM-nin 76.2 maddəsində bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

AR AM-nin 81 maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur.

AR AM-nin 81.1 maddəsində alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

AR AM-nin 81.2 maddəsində valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.


Bağırov Davudun Dubaydakı şirkətləri
davud

AR AM-nin 81.3 maddəsində məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Dubay Məhkəmələrinin Qərarlarına diqqət etdikdə Bağırov Davudun Dubayda “POTOK CENERAL TREYDİNQ” şirkətinin direktoru, Ras-Əl-Xayma şəhərində “Qlobal Marketinq investment” şirkətinin sahibi (səhmlərin 100%-nə malikdir), həmçinin Dubaydakı Bürc Olqanada daşınmaz əmlaka hansı ki, 1.590.500 (bir milyon beş yüz doxsan min beş yüz) dirhəm məbləğində qiymətləndirilir və 1.493.929 (bir milyon dörd yüz doxsan üç min doqquz yüz iyirmi doqquz) dirhəm dəyərində qiymətləndirilən Arena Apartsment adlı Bürc “Sport City of Dubay”da daşınmaz əmlaka malik olduğu sübuta yetirilərək ondan pul vəsaiti tutulmuşdur.

Bağırov Davudun tərəfindən guya Dubay Hökuməti ilə 10.000 (on min) dirhəm əmək haqqı alması barədə təqdim etmiş olduğu sənədin kserosurətini də saxtalaşdırmışdır.

İş mat. 1-ci Cildinin 90-94-cü vərəqlərindən (ərəb dili və ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş variantda) görünürdü ki, tərcümə “linqvo” tərcümə mərkəzində edilmişdi, həmin tərcümə nə notariat qaydasında təsdiq edilməyib, nə də Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyində, Xarici İşlər Nazirliyində leqallaşdırılmayıb, Azərbaycanın Dubaydakı Baş Konsulluğunda (və ya BƏƏ-dəki səfirliyində) qeydiyyatdan keçirilməmişdir.  Əvvəla məhkəmə qətnaməsinə şərh vermək onun hüququ deyildir.

İkincisi, o nəyə görə Dubay Əmirliyinin birinci instansiya məhkəməsində onun yüksək əmək haqqı almasını göstərən hallara qarşı apellyasiya instansiyası məhkəməsinə şikayətini verməmişdir?!?...

Üçüncüsü, Azərbaycan Respublikasının qanunvericiliyində əgər həqiqətən də hazırda onun əmək haqqı yüksək deyildirsə və yaxud daimi iş yeri yoxdursa, əmək haqqı almırsa belə halda o Azərbaycan ərazisində məhkəməyə müraciət edib, ona təyin edilmiş alimentin, pul vəsaitinin həcminin azaldılmasına dair iddia qaldıra bilərdi.

Bağırov Davudun təkcə elə bir şirkətdən “Qlobal Marketinq investment”dən aylıq maaşın 100.000 (yüz min) dirhəm (təxminən 31.000 (otuz bir min) ABŞ dolları) olduğuna əsasən əslində bizim qanunvericiliyə əsasən 25% aliment ayda 25.000 (iyirmi beş min) dirhəm (təxminən 8.000 (səkkiz min) ABŞ dolları) məbləği civarındadır. Lakin ondan aliment pulu 2.000 (iki min) dirhəm (təxminən 500 (beş yüz) ABŞ dolları) tutulmasını qeyd etmişdir. Konustitusiya Məhkəməsi bu hala da “qəbahət” tapmış olması “şübhələri” bir az da artırmışdı.

Əslində Dubay Məhkəməsinin qərarında olan pulları hesablasaq hətta hesab edilsə ki, azyaşlı Ceyla elə 2017 ilin noyabr ayında anası Merim Beishekeyevaya (Beyşekeyevaya) təhvil verilmişdir, həmin pul məbləğləri azyaşlı Ceylanın 18 yaşı tamam olana qədər heç cəmi 70.000 (yetmiş min) ABŞ dolları etmirdi. Ancaq aylıq 25% maaşından (yəni 100.000 dirhəmdən (31.000 ABŞ dollarından artıq)) tutulsa bu hər ay ən azı 7.500 (yeddi min beş yüz) ABŞ dollarından artıq edir.

Yəni ildə ən azı 84.000 (səksən dörd min) ABŞ dolları elə 2019 ildən hesablasaq 10 il ərzində 840.000 (səkkiz yüz qırx min) ABŞ dolları edir. Lakin bu hal Dubay Ali Məhkəməsinin çıxardığı 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarda yoxdur. Əgər Bağırov Davud azyaşlı Ceylanı indi qaytarsa, hətta azyaşlı Ceylanın 19 yaşı olana qədər 60.000 (altmış min) ABŞ dollarından da az edir.

İkincisi: qəyyumluq üzrə xərclərin ödənilməsi hissəsinə gəldikdə onu vurğulamaq lazımdır ki, məlumdur ki, Azərbaycan Respublikasının Ailə Məcələsinin (AR AMnin) 114-cü maddəsində valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi nəzərdə tutulmuşdur.

AR AM-nin 114.1. maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

AR AM-nin 136-cı maddəsində üzərində qəyyumluq və himayə təyin edilən uşaqların müdafiəsi nəzərdə tutulmuşdur. AR AM-nin 136.1 maddəsində qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.

AR AM-nin 136.2 maddəsində qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.

AR AM-nin 136.3 maddəsində uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.

Məlum olduğu kimi azyaşlı Ceylanın anası Merim Beishekeyevadır (Beyşekeyevadır), atası isə Bağırov Davud idi. Nə Merim Beishekeyeva (Beyşekeyeva), nə də Bağırov Davud valideynlik hüququndan məhrum edilməyiblər. Yəni Dubay Məhkəmə instansiyalarının Qərarlarında “qəyyumluq” sözü özünün hərfi mənasında azyaşlı Ceylanın valideyn himayəsində (burada Merim Beishekeyevanın (Beyşekeyevanın) himayəsində) qalması diqqətə götürülübdür.

Konustitusiya Məhkəməsi isə bu halı “şişirtmiş” olaraq “qəyyumluq” sözünü Bağırov Davuda “sərf etmiş formasında” qeyd etmişdi.

AR AM-nin 22 maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər nəzərdə tutulmuşdur.

AR AM-nin 22.1 maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

AR AM-nin 22.2 maddəsində bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

AR AM-nin 22.2.1 maddəsində boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;

AR AM-nin 22.2.2 maddəsində uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

AR AM-nin 22.2.3 maddəsində ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

AR AM-nin 22.2.4 maddəsində ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

AR AM-nin 22.3 maddəsində əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.

Göründüyü kimi Dubay Məhkəmələri azyaşlı Ceylanı anası Merim Beishekeyevanın (Beyşekeyevanın) himayəsində saxlanmasını zərurət hesab ediblər. O da məlumdur ki, Merim Beishekeyeva (Beyşekeyeva) əmlakla əlaqədar Bağırov Davuda qarşı iddia qaldırmamışdır.

Əgər həqiqətən də konustitusiya məhkəməsi növbəti dəfə hər hansı bir bəhanə altında Bağırov Davud tərəfindən verilmiş şikayətini icraata götürmüş olmağa səy göstərmiş olacaqdısa əvvəldə qeyd etdiyimiz kimi bu hərəkətlər respublikanın prezidentinə, onun xanımı birinci vitse prezidentinə, Azərbaycan Respublikasının Qanunlarına, Respublikanın prezidentinin siyasətinə, sayğısızlıq, hörmətsizlik kimi qəbul ediləcəkdi.


Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin nəzərinə
ferhad

Törədilmiş qanunsuzluqlara görə Abdulla Əfəndizadə raspublikanın prezidenti İlham Əliyevə, onun xanımına birinci vitse prezident Mehriban xanım Əliyevaya, respublikanın dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə sayt vaitəsi ilə rəsmi müraciət edərək istintaq komissiyasının yaradılması, Respublikanın Ailə, Qadın və Uşaq problemlər üzrə komitənin sədri olmuş Hicran Hüseynovanın, həmin komitənin şöbə müdirləri olmuş Məmmədova Gülnarənin, Bağırova Cəmilənin, Səbail r-n İcra hakimiyyətinin başçısının müavini olmuş, qəyyumluq və himayəçilik komissiyasının sədri olmuş Bayramova Xalidənin, respublikanın Ədliyyə nazirliyinin İcra baş idarəsinin rəisi olmuş Mustafayev Nurəddinin, Səbail r-n İcra və Probasiya şöbəsinin rəisi olmuş Qocayev Anarın, Səbail r-n İcra və Probasiya şöbəsinin böyük icra məmuru olmuş, hazırda Nərimanov r-n İcra və Probasiya şöbəsinin böyük icra məmuru olmuş Nuğaylı Ayazın, respublikanın konustitusiya məhkəmənin sədri olmuş Abdullayev Fəryadın, onun arvadı İsgəndərova İradənin, respublikanın konustitusiya məhkəmənin hakimləri olmuş İsmayılov Rövşənin, Şəfyev Kamranın, həmin məhkəmənin vətəndaşların qəbulu sektorunun müdiri olmuş Cəfərov Anarın, Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azərin, Bağırov Davudun tərəfindən konustitusiya şikayəti ilk dəfə hələ 2017-ci ilin noyabr ayının əvvəlində konustitusiya məhkəməyə daxil olduqdan sonra bu günə qədər olan müddətdə həmin şəxslərin Bağırov Davudun şikayətinə görə qanunsuz müdaxilələrinə, öz işlərinə məsuliyyətlə yanaşmamalarına, saxtakarlıq etdiklərinə, öz qulluq mövqelərindən sui-istifadə etmiş olduqlarına görə onların barəsində ciddi araşdırmaların aparılmasına, onların telefonlarından gedən-gələn zənglərin (Abdulla Əfəndizadə istintaq getdiyi zaman əlavə məlumatları verəcək), həmin zənglərlə əlaqədar danışıqlarının mobil rabitə xidmətlərindən götürülməsi, Bağırov Davudun maliyyə sənədlərinin araşdırılması üçün araşdırmaların aparılmasına göstəriş vermələrini, istintaqın onların ciddi nəzarətləri altında olmasını xahiş edir.

Redaksiyadan: Bağırov Davud tərəfindən 05 dekabr 2018 il tarixdə baş redaktora onda Merim Beishekeyevanın (Beyşekeyevanın) əxlaqsızlığını sübut etmiş olacaq video və səs yazılarının olduğunu bildirilmişdi, öz vəkili olmuş şəxslə redaksiyaya gəlmiş olacaqlarını bildirib.

Baş redaktor tərəfindən isə bildirilir ki, ona xəbərdarlıq edilmişdir ki, onunla və vəkili ilə bütün danışıqlar, təqdim etmiş olacağı video görüntülərini və səs yazılarını videolentə alınmaq şərti ilə baş verəcək ki, sonradan nə Bağırov Davud, nə də onun vəkili olmuş şəxs demiş və təqdim etmiş olduqları sözlərini və sənədləri danmasınlar.

Lakin bu günə qədər nə Bağırov Davud, nə də onun vəkili olmuş şəxs hələ də redaksiyaya gəlib çıxmayıblar. Bağırov Davud bir neçə gün bundan əvvəl Estoniyaya aid mobil telefondan whatsappla baş redaktorla yazışmışdı.

Aparılan araşdırma zamanı məlum olur ki, Estoniyaya aid həmin mobil telefon nömrəsi Dubaydakı mağazalardan birindən alınıb, Bağırov Davudun adına deyildir. Çox güman ki, bu telefonu Bağırov Davuda Dubaydakı tanışları, o cümlədən Mamırova Asel almışdı.

Deməli, Bağırov Davud bunu ona görə edirdi ki, sabahısıı günü deyəydi ki, guya o heç bir ismarıc göndərməyib.

Hicran Hüseynovaya xatırlatma

ikiz
Xatırlatma: 2015-ci ildə Hicran Hüseynovanın yaxın qohumu, komitənin aparat rəhbəri olmuş Səfər İmanov öz yerliləri Eynur Kərimovu həmin komitədə gəlirli vəzifəyə qoymuş olacağı ilə onun 170.000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pulunu rüşvət kimi alaraq mənimsəmiş olduğu, respublikanın ərazisini tələsik tərk etdiyi ilə əlaqədar saytımızda gedən yazılarla əlaqədar həmin Hicran Hüseynovanın komitəsinin mətbuat xidmətindən dəfələrlə saytın baş redaktoru Tahir Abbaslıya zəng vuraraq “məsələni yoluna qoymaq” xahişləri ilə bulunmasına baxmayaraq, verilən Sorğuya cavab verməkdən qəti imtina etmişdi.

Hicran Hüseynovanın Milan xahişi Maraqlı məqam həm də ondan ibarətdir ki, Merim Beishekeyevanın anası Baktıgül xanım Fransaya köçməzdən əvvəl İtaliyada yaşayarkən Davudun bacısı Cəmilə Bağırova ona zəng edib.

O, işlədiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş Hicran Hüseynovanın İtaliyanın Milan şəhərində yaşayan qızının körpəsi üçün dayə tapmaqda Davudun qayınanası Baktıgül xanımdan köməklik göstərməsini xahiş edib.

Görəsən Hicran Hüseynovanın qızı həmin pulları necə qazanıb ki, İtaliyada təmtəraqlı ev ala bilib, uşağına da bahalı dayə tutmaq istəmişdir.

Mövzuya qayıdacağıq.

Abdulla Əfəndizadənin videomüraciəti yaxın günlərdə youtube və facebook sosial şəbəkələrdə işıq üzü görəcəkdir.

 

Bənzər xəbərlər

Gündəm

0.049202919006348