Jun 12

Bakıda idman arenasından 30 min manatlıq oğurluq edən bağban saxlanıldı

İyunun 4-də Səbail rayonunda yerləşən idman arenalarının birindən 30 000 manat dəyərində 1200 metr mis kabel oğurlanıb.

Mozalan.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb.

Qeyd edilib ki, həmin şəxs oğurluq olan məkanda bağban işləyib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.056879997253418