Jun 06

Narkotik çəkib cinsi əlaqədə oldu, görüntüləri yayacağı ilə hədələdi

Qubada 1993-cü il təvəllüdlü Elçin intim münasibətdə olduğu Səbinəni (adlar şərti verilib - red.) şantaj edib.

Teleqraf.com-un məlumatına görə, Elçin Səbinəyə cinsi əlaqədə olduqları və narkotik qəbul etdiyi anları mobil telefonla gizlicə çəkdiyini bildirib.

O, həmin videonu Səbinənin qohumlarına və tanışlarına göstərərək yayacağını deyib.

Elçin müxtəlif vaxtlarda Səbinəni hədələyərək ondan ümumilikdə 8 000 manat məbləğində pul alıb.

Bundan başqa, Elçin satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlayıb.

"Yaxın münasibətimiz yarandı"

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O qeyd edib ki, 2020-ci ilin avqust ayının əvvəllərində Səid adlı tanışı ona Səbinəyə məxsus mobil nömrəni verib və onunla əlaqə saxlayaraq danışa biləcəyini deyib:

"Mən də Səbinə ilə əlaqə saxladım və onunla tanış oldum. Daha sonra onunla yaxın münasibətlərimiz yarandı. Onunla Qubada yerləşən Dəvədabanı restoranına getdik. Səbinə ilə həmin restoranda gecələdik və öz razılığı əsasında cinsi əlaqədə olduq. Bundan sonra yaxın münasibətimiz yarandı, tez-tez görüşdük".

Təqsirlədirilən şəxs qeyd edib ki, bir müddət sonra Səbinə ilə Nabrana istirahətə gediblər:

"Cinsi əlaqədə olduqdan sonra narkotikdən istifadə etdim. Səbinə ona da narkotik verməyimi xahiş etdi. Bundan sonra onunla münasibətlərim daha da yaxınlaşdı".

"Pulu borc kimi götürmüşəm"

Elçinin sözlərinə görə, bir müddət sonra o, Səbinə ilə evlənmək istəyib:

"Onu yaşadığım evə apararaq anam Səyyarə ilə tanış etdim. Ondan aldığım pulu isə borc kimi götürmüşəm".

"Onu rüsvay edəcəyimi bildirdim"

Elçin qeyd edib ki, Ehtiyacı yarandığından Səbinəyə yazaraq ondan 300 manat pul istəyib:

"Səbinə pulunun olmadığını bidirəndə ona birlikdə cinsi əlaqədə olduğumuz və narkotik istifadə etdiyimiz zaman çəkdiyim videogörüntüləri, şəkilləri yayacağımı və onu rüsvay edəcəyimi dedim. Səbinə mənə 300 manat pul tapıb verə biləcəyini söylədi. Pulu götürmək üçün tanışım Valeh adlı şəxsi onun yanına göndərdim. Valehlə gələn polis əməkdaşları məni şöbəyə gətirdilər. Yolda polislər məndən üzərimdə narkotik vasitə olub-olmadığını soruşdular. İstifadəçi olduğum üçün üzərimdə narkotik vasitə olduğunu bildirdim".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elçin səkkiz il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Bənzər xəbərlər

Gündəm

0.58407688140869