Qobunun dözülməz problemləri sakinləri narahat edir
   
   
    Abşeron rayonu, Qobu kəndi, Əliağa Vahid küçəsində çirkab suları evləri tamamilə əhatəyə alıb.
Sakinlər bildiriblər ki, yağış yağdığı zaman yollar keçilməz olur. Uşaqları məktəbə tək buraxa bilmirlər.
"Hasar suya görə oğlumun üstünə yıxıldı. Ayağından iki dəfə əməliyyat keçirib. Antisanitar vəziyyət isə baş alıb gedir", - deyə küçə sakini qeyd edib.
Məsələ ilə bağlı Qobu bələdiyyəsi bildirib ki, kanalizasiya xətti ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.
Ətraflı ARB-nin süjetində:
    Qobunun dözülməz problemləri sakinləri narahat edir
    
        
    
Qobunun dözülməz problemləri sakinləri narahat edir



















































