Azərbaycanda yüksəkvəzifəli şəxs vəfat etdi
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Ramin Vəlizadə vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, yüksəkvəzifəli şəxs qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Ramin Vəlizadə daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına katibi vəzifəsini daha əvvəl İnam Kərimov və Vüsal Hüseynov da tutub.