3 yaşlı Şəfanın anası: "Hər dəfə qıc olanda elə bilirəm ki, onu itirirəm"
3 yaşlı Şəfanın imkanlı şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Günay Əskərova məlumat verib.
O bildirib ki, övladı hipoksik ensefalaopatiya xəstəliyindən əziyyət çəkir.
"Şəfanın üç yaşı var. Anadangəlmə hipoksik ensefalaopatiya xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən, demək olar ki, müalicələrdəyik. Müalicələri ləngiyən zaman qıcolmaları artır, bu da onun üçün çox təhlükəlidir. İnanın, o qıc olanda mən dəli oluram, elə bilirəm ki, bu dəfə övladımı itirirəm".
Gənc ana övladının müalicəsi üçün hazırda 500 manata ehtiyacları olduğunu deyib.
"Son bir aydır sizin saytın izləyicilərinin dəstəyi ilə onu müalicə edə bilirik. Şəfanın bir aylıq müalicəsi üçün 500 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Övladım sizin kimi xeyirsevər insanların dəstəyi ilə ayaqdadır, xahiş edirəm bu yolda onu tək qoymayın".
Ailə ilə əlaqə: (051) 762-42-19.
Uni Bank: 5243 7544 4313 3549.