Kəlbəcərdə qəza: Yolu keçən gənci maşın vurdu
Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1995-ci il təvəllüdlü Abbaslı Vüqar Kəmaləddin oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.