Yuxuda yıxılma hissinin müalicəsi varmı?
Yuxuda büdrəmə, yıxılma təhlükəsi ilə çox adam qarşılaşır. İnsanlar qorxub oyanırlar.
Belə hallar yuxu pozğunluğu da sayılır. Bəs yuxuda yıxılma hissinə səbəb nədir?
Psixoloq Ruhiyyə Rüstəmova bildirib ki, yuxunun mərhələsi kifayət qədər yüngül olduqda beyin əzələlərə nəzarət üçün mesaj ötürür:
"Əzələlər oyanır və müdafiə üçün fəal qalırlar. Panik atak yaşayan insanlar yuxuya getdiklərində nəfəs darlığı və ya yıxılacaqmış kimi hisslər yaşayaraq yuxudan oyanırlar. Bəzən gec yuxuya getmə, erkən oyanma və ya oyanmaqda çətinlik kimi bir çox əlamətləri yuxu pozuntusuna aid etmək olar".
R.Rüstəmova onu da vurğulayıb ki, bu kimi halların qarşısını almaq üçün gündəlik rutini düzgün qurmalı, yuxu öncəsi idmanla məşğul olmalı və açıq havada gəzmək önəmlidir.
Yuxuda yıxılma hissinə əsas səbəblərdən isə stress, kofein və yuxusuzluğu misal göstərmək olar.
Daha ətraflı APA TV-nin süjetində:
Yuxuda yıxılma hissinin müalicəsi varmı?