ABŞ sakini polis bölməsinə aparıldı, külli miqdarda pul qazandı
Amerikalı kişi polis tərəfindən sorğu-sual edildiyi üçün külli miqdarda təzminat alacaq.
Məlumata görə, müvafiq qərarı Kaliforniyanın Fontana şəhərinin səlahiyyətliləri veriblər.
Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Tomas Peresə psixoloji təzyiq göstərərək onu 17 saat dindiriblər. İndi kişi təxminən 900 min dollar təzminat alacaq.
Polis ondan sağ olan atasının qətlini etiraf etməsini istəyib. Peres polisi məhkəməyə verib və qalib gəlib.
Mənbə: Los Angeles Times