Dec 17

Gürcüstanın NATO-ya üzvlük perspektivi qeyri-müəyyəndir - Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin NATO-ya üzvlük perspektivini, xüsusilə ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasını dərc etməsindən sonra qeyri-müəyyən adlandırıb.

Mozalan.az xəbər verir ki, baş nazir bunu İctimai Televiziyaya verdiyi müsahibəsində bildirib.

"Biz görürük ki, ABŞ açıq qapılar siyasətinə yenidən baxmağı düşünür. Proseslərin necə inkişaf edəcəyini izləyək. Bu, yeni xəbər deyil, çünki NATO-nun genişlənməsinin dayandırılması ilə bağlı müzakirələr Ukraynada müharibə başlayandan qısa müddət sonra gündəmə gəldi. Biz də burada hadisələrin inkişafına praqmatik yanaşmalıyıq. Bu gün NATO-ya üzvlük perspektivi çox qeyri-müəyyəndir, həm ABŞ-nin strategiyasında yer alan qeydlərə, həm də son illərdə verilən bəyanatlara əsasən. Lakin biz sakit və səbirli şəkildə hadisələrin inkişafını gözləməliyik", – deyə o vurğulayıb.

Xatırladaq ki, Ağ Ev 5 dekabrda yenilənmiş Milli Təhlükəsizlik Strategiyasını dərc edib. Sənəddə NATO-nun daim genişlənən alyans kimi qəbul edilməsinin dayandırılmasının vacibliyi qeyd olunub.

Bənzər xəbərlər

Gündəm

0.023192167282104