"X" sosial şəbəkəsi Türkiyədə nümayəndəlik açdı
"X" sosial şəbəkəsi (keçmiş "Twitter") Türkiyədə öz nümayəndəliyini açıb.
Bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadır Uraloğlu məlumat verib.
Oun sözlərinə görə, təmsilçiliyin açılmasını məhz Ankara tələb edib.
"Biz bu yaxınlarda reklama qadağa qoyduq. Girişi məhdudlaşdırmaq qərarına gəldik və onları xəbərdar etdik. Yalnız bundan sonra "X" Türkiyədə nümayəndəlik açdı. "X" nümayəndəlik açmasaydı, onu cərimə gözləyirdi", - deyə Uraloğlu bildirib.
Qeyd edək ki, 2020-ci ildə Türkiyə sosial şəbəkələrin tənzimlənməsi çərçivəsində yeni tələbləri təsdiqləyib. Bu tələblərə əsasən, böyük beynəlxalq platformalardan ölkəyə rəsmi nümayəndələr təyin etmələri tələb olunub.
Mənbə: Tass