Honduras prezidenti ABŞ ilə bağlı qərarını ləğv edib
Honduras Prezidenti Xiomara Kastro ABŞ ilə ekstradisiya müqaviləsinin ləğvinə dair qərarını dəyişib.
Mozalan.az xəbər verir ki, dövlət başçısı bununla bağlı "X" platformasında bəyanat dərc edib.
O bildirib ki, ölkələr arasındakı ekstradisiya müqaviləsinin ləğvini elan edən 28 avqust 2024-cü il tarixli nota bundan sonra etibarsız hesab edilir.
Prezidentin sözlərinə görə, bu qərar onun hökumətinin narkotik qaçaqmalçılığına qarşı mübarizədəki öhdəliyini təsdiqləyir.
Kastro, həmçinin qeyd edib ki, ABŞ-yə narkotik qaçaqmalçılığında ittiham olunan keçmiş prezident Xuan Orlando Ernandesin əfvi Ağ Evin siyasəti ilə ziddiyyət təşkil edir və narkotik qaçaqmalçılığına qarşı mübarizə üzrə birgə səyləri sarsıdır.(oxu.az)



















































