Bakıda qəza: 25 yaşlı oğlan xəsarət aldı
Bakının Binəqədi rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Xocəsən qəsəbəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Coşqun Saməddin oğlu İsgəndərov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.