May 15

Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - YENİLƏNİB + VİDEO

Sosial şəbəkədə qınaq obyektinə çevrilən sürücü ilə bağlı rəsmi açıqlama verilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, görüntülərdə əks olunan qayda pozuntusunun məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin heyvanlarla rəhmsiz rəftar edilməsi maddəsinə əsasən tənzimlənir.

“Həmin sürücünün müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində tədbir görülür”, - deyə DİN-in açıqlamasında qeyd edilib.

15:00

Bakı kəndlərindən birində heyvana əziyyət verən sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə mayın 14-də axşam saatlarında qeydə alınıb. Belə ki, 90-NT-636 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü atı iplə maşının arxasına bağlayaraq yol boyu aparıb. Onun nə üçün bunu etdiyi bəlli deyil.

Qeyd edək ki, video sosial şəbəkədə birmənalı qarşılanmayıb. Əməli törədən sürücü qınaq obyektinə çevrilib.

Xatırladaq ki, sürücü atın nəqliyyat vasitəsi ilə aparılması şərtini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 290.1.2-ci (ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulması) maddəsinə əsasən, 200 manat məbləğində cərimə oluna bilər. 

Bənzər xəbərlər

Gündəm

0.31705403327942