May 15

Direktor müavininin qatil olduğu TƏHSİL OCAĞI: Qan tökülən məktəbdən GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı məlumat yayılıb.

Onun qətlində elə bu məktəbdə çalışan Elsevər İslamov şübhəli bilinir. Qətlin hansı zəmində baş verdiyi isə naməlumdur. 

APA TV-nin çəkiliş qrupu hadisənin baş verdiyi əraziyə baş çəkib.

Həmin görüntüləri təqdim edirik:

18:12

Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdinin qətlə yetirilməsi​ ilə bağlı bəzi detallar üzə çıxıb.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə mayın 9-da Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib.

Həmin gün axşam saatlarında məktəbin mühafizəçisi 1964-cü il təvəllüdlü Natiq Mehdi ilə məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri), 1966-cı il təvəllüdlü Elsevər İslamov arasında mübahisə baş verib.

Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə daha sonra münaqişəyə çevrilib. Direktor müavini saat 23 radələrində, yəni məktəbdə heç kimin olmadığı vaxt Natiq Mehdiyə əl və ayaqları ilə zərbələr endirib. Ağır xəsarətlər alan 60 yaşlı şəxsin huşsuz vəziyyətdə qaldığını və vəfat etdiyini görən Elsevər İslamov daha sonra onun meyitini avtomobilə yerləşdirib. İdmanla məşğul olan şübhəli şəxs N.Mehdinin nəşini Xəzər rayonu ərazisində boş sahəyə apararaq gecə saatlarında basdırıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bənzər xəbərlər

Gündəm

0.02758002281189