Generalın yerinə təyin edilən Arzu Yusifova vəzifəsindən AZAD EDİLDİ
Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Mozalan.az xəbər verir ki, Globalinfo.az-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb.
Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.
O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.



















































