May 14

Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO

Bir müddət əvvəl Bakıda ölümlə nəticələnən qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb.

Mozalan.az xəbər verir ki, o, bu barədə öz “Instagram” profilində paylaşım edib.

Aparıcı qəzadan heç kimin sığortalanmadığını deyib.

“Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Kadrları izləmişəm. Orada mənim günahım yoxdur”, - deyə o həmin videoda bildirib.

Qeyd edək ki, hadisə aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. 

 

Bənzər xəbərlər

Gündəm

0.02733302116394