May 14

ABŞ-də Rusiyadan uran idxalı qadağan edildi

Co Bayden Rusiya uranının ABŞ-yə idxalını qadağan edən qanun layihəsini imzalayıb.

Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, söhbət Rusiya Federasiyasında və ya Rusiya müəssisələri tərəfindən istehsal edilən emal olunmamış, həmçinin az zənginləşdirilmiş uranın idxalından gedir.

Öz növbəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan vurğulayıb ki, C.Bayden tərəfindən imzalanan qadağa mülki nüvə enerjisi sahəsində Rusiyadan asılılığı azaltmaqla ABŞ-nin enerji və iqtisadi təhlükəsizliyini gücləndirməyə kömək edəcək. 

Bənzər xəbərlər

Gündəm

0.048923015594482