MKİ-nin paylaşdığı fotoda 10 GİZLİ mesaj
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bir neçə gün öncə Instagramda hesab açdığı barədə məlumat vermişdik. Bu üzərində dəftərxana ləvazimatları olan ilk baxışdan adi təəsürat yaradan ofis şəkli idi. Bununla belə, ilk paylaşımdaki şifrələr nəzərdən yayınmayıb. FaktXeber.com həmin analizlərdən bəzilərini təqdim edir.
1. Bitki
.jpg)
Fotoda görünən bitki CIA-nın xarici kəşfiyyat «köklərini» anladan istehzalı bir bənzətmədir.
2. Saat

Masadakı saat 11 Sentyabr hücumlarında Dünya Ticarət Mərkəzinə ilk təyyarənin dəydiyi 8:46-nı göstərir.
3. Çin Xəritəsi
.jpg)
ABŞ-ın Asiyadakı əsas rəqibi olan Çinin xəritəsi də diqqətlərdən kənar qalmayıb.
4. Heykəl

Qızıl suyuna salınmış bayquş heykəli Yunan ilahəsi Atenanı və elmi təmsil edir.
5. Göz muncuğu

CIA işçilərinin üz-üzə qaldıqları təhlükələri anlatmaq və «müdafi» məqsədi daşıdığı düşünülür.
6. Keçmiş CIA casusu Toni Mendez

ABŞ-lı aktyor Ben Afflekin rejissoru olduğu və baş rolunu ifa etdiyi «Argo» filminin ilham mənbəyi, sabiq CIA agenti Toni Mendezi təmsil edən foto.
Qeyd edək ki, eyni foto CIA-nın ikinci paylaşımında da yer aldı
7. Qol düymələri

Bu düymələri CIA agentlərinin bir-birlərini tanımaq üçün istifadə etdiyi deyilir.
8. Parik

Kimliklərini gizlətməyə çalışan CIA agentlərinin istifadə etdiyi boz parik.
9. CIA direktorunun giriş kartı

CIA direktoru Gina Haspelin fotosunun da yer aldığı kimlik kartı.
10. Kağız torba

Çox gizli dəlilləri yox etmək üçün casusların istifadə etdiyi kağız torba.




















































