İsveçrənin vitse-kansleri qəflətən vəfat edib
İsveçrə Federal Şurasının (hökumət) sədri və vitse-kansleri Andre Simonatsi dağlarda yürüyüş zamanı keçinib.
Bu barədə hökumət portalında məlumat verilib.
Bildirilib ki, siyasətçi dağlarda dincəlməyi çox sevirmiş. Cümə günü, mayın 10-da o, yürüyüş zamanı huşunu itirib və ölüb.
Simonatsinin həyat yoldaşı və üç övladı var. Federal Şuranın üzvləri və federal kansler onun vəfatı ilə bağlı başsağlığı veriblər.