May 08

Bakıda gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə bağlı xəbərlərə həmin içkini hazırlayan istehsalçı tərəfindən reaksiya verilib.

Mozalan.az xəbər verir ki, istehsalçı “Abşeron-Şərab” ASC-nin idarə heyətinin sədri Xəlil İsmayılov oxu.az-a açıqlamasında bildirib ki, müəssisə 20 ildən artıqdır fəaliyyət göstərir və bu vaxta kimi hər hansısa zəhərlənmə faktı qeydə alınmayıb. 

“15 ildir biz bu içkinin həm Azərbaycanın daxilində satışını həyata keçiririk, həm də xarici ölkələrə ixrac edirik. Biz bu içkini Belarus, Qazaxıstan, Rusiya kimi ölkələrə satırıq. Həmin viski müəyyən müsabiqələrdə təltif olunub. AQTA-dan (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) sertifikatmız var. Bu günə kimi belə problemlə rastlaşmamışıq. Biz mediadan oxuyuruq ki, hadisəyə səbəb psixotrop maddələr olub. Bizim müəssisənin adının çəkilməsi imicimizə xələl gətirib. Müştərilərimiz bundan təşvişə düşüblər. Akkreditasiyadan keçmiş laboratoriyamız var. Hər gün istehsal etdiyimiz məhsullar orada analizlərdən keçirilir. Bu vaxta kimi bizim içkini kimsə içib zəhərlənməyib, bu, ola da bilməz”, - deyə o bildirib.

Qeyd edək ki, AQTA bununla bağlı məlumat yayıb və bildirib ki, hadisənin qida zəhərlənməsi ilə bağlı heç bir əlaqəsi yoxdur.  

Almaz Qasımova

Bənzər xəbərlər

Gündəm

0.027580976486206