Gənc Aysel bu gün Türkiyəyə getməlidir: Müalicə pulu tam toplanmayıb - FOTO
20 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onun anası Səbinə Məmmədova məlumat verib.
O bildirib ki, Ayselin əməliyyatı üçün yenidən Türkiyəyə yollanıblar.
“Ayselin beş yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər dörd dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişdiyi üçün o yenidən əməliyyat edildi. Əməliyyat zamanı qırılmış implant çıxarılıb, yerinə yeni implant qoyuldu. Biz yenidən əməliyyat üçün Türkiyəyə yollandıq. Həkimlər Ayselin müalicə olunub daha sonra əməliyyat edilməli olduğunu dedilər”.
Səbinə Məmmədova hazırda Ayselin müayinəsi üçün Türkiyəyə getməli olduqlarını deyib.
“Bu gün axşam saatlarına Türkiyəyə biletimiz var. Yardımsevər bir qardaş alıb biletlərimizi. Müayinə və orada qalmaq xərci üçün isə əlimdə cəmi 600 manat pul var. Müalicə üçün isə bizim 3000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Demək olar ki, bir ildir sizin saytın izləyicilərinin dəstəyi ilə Ayseli yaşadıram, müalicə edirəm. Sizdən bir daha bizə dəstək olmağınızı xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 700-07-92.
Leo Bank: 4098 5844 9755 2503.