Qaradağda 24 yaşlı oğlanın meyiti tapıldı
Bakıda 24 yaşlı oğlan evin həyətində ölü aşkarlanıb.
APA xəbər verir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Fərhad Cəlilli evinin həyətində asılmış vəziyyətdə aşkar edilib.
Onun intihar etdiyi ehtimal edilir, araşdırma aparılır.