May 05

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır - VİDEO

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, satıcılar bildirirlər ki, hazırda satışda olan balıqlar ya xarici ölkələrdən, ya da təsərrüfatlardan gətirilir.

Ölkəyə balıq daha çox Qazaxıstan, Rusiya, Türkiyə və Norveçdən gətirilir. Bununla yanaşı, hazırda yerli təsərrüfatlarda yetişdirilən balıqların da satışı həyata keçirilir.

Satıcılar bildirirlər ki, hazırda bazarlarda Xəzər dənizindən tutulan balıq olmadığından xaricdən gətirilən dəniz balıqlarının qiymətlərində cüzi artım var.

Hazırda bazarlarda daha çox dənizdən tutulan kütüm, berj və kefalın qıtlığı yaşanır. Balıq ovu qadağası bitdikdən sonra isə bu növ balıqlar yenidən satışa çıxarılır və xaricdən gətirilənlərin qiymətləri enir.

Daha ətraflı videomaterialda:

 

Bənzər xəbərlər

Gündəm

0.020419120788574