May 03

“Azərbaycanda qanunvericilikdə kibercinayətə anlayış verilməyib”

“Azərbaycanda qanunvericilikdə kibercinayətə anlayış verilməyib. Kiberbullinq də tənzimlənmir”.

Mozalan.az xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda çıxışı zamanı deyib.

“Müxtəlif maddələrdən istifadə olunur, hətta kibercinayət anlayışının özünə belə yanaşmada mediada bir pərakəndəlik var. Bəzən dələduzluq baş verir bu kiberdələduzluq formasında olduqda kibercinayət deyirlər. Azərbaycanın cinayət məcəlləsində 30-cu fəsil var.

Bu 30-cu fəslin adı kibercinayətdir, ayrıca anlayış verilməsə də, o maddələrin arasında dələduzluq yoxdur. Bu anlayışlarda istifadədə bir az ehtiyatlı olmaq lazımdır ki, yanlış bir fikir yaranmasın. Buna da biz kibercinayət dedikdə aidiyyəti qurumlardan da yanlış bir gözlənti yaranır. Bu da axırda daha səmərəsiz bir fəaliyyətə gətirib çıxarır. Bu sahəni tənzimləyən normalar ayrıca işlənilməlidir.

Anlayış lazımdırsa ki, bu anlayış ayrıca verilməlidir ki, kiberbullinq hansı əməlləri əhatə edir, biz bunu bilməliyik. O əməl baş verdiyi təqdirdə hansı məsuliyyət tədbirləri var. Bunlar da hələlik tənzimlənmir. Kiberbullinqə qarşı mübarizə məqsədilə hüquqi, təşkilati, texnoloji, sosial, psixoloji, mədəni istiqamətdə addımlar atılmalıdır”, - deyə o bildirib.

Elvin Balacanovun sözlərinə görə, Azərbaycanın da qoşulduğu kiberfəza ilə bağlı konvensiyada da bu məsələ tənzimlənməyib:

“Azərbaycanın hazırda qoşulduğu kiberfəza ilə bağlı yeganə konvensiya var. Kibercinayətkarlığa qarşı mübarizə konvensiyası. Bu da kiberbullinqlə bağlı heç nə demir. İndi yeni bir konvensiya da işlənilir. BMT çərçivəsində bütün ölkələri əhatə edən informasiya kommunikasiya texnologiyalarının cinayətkar məqsədlərlə istifadə edilməsinə qarşı mübarizəyə aid layihədir. Azərbaycan buna qoşulmayıb hanısa öhdəliklər daşımır, amma o konvensiyanın özündə belə ayrıca kiberbullinq məsələsi yoxdur, insan hüquqlarının pozulması məqsədilə informasiya kommunikasiya texnologiyalarının istifadə edilməsinə dair ümumi bir norma var. Onunla əhatə oluna bilər”.

Almaz Qasımova

Bənzər xəbərlər

Gündəm

0.047573804855347