May 02

Bakı-Sumqayıt yolunda baş verən ağır qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

“Sumqayıt-Bakı yolunda baş verən qəzada xəsarət və ya ölüm halı qeydə alınmayıb”.

Bunu Mozalan.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev bildirib.

O, qeyd edib ki, hadisə bu gün saat 14:39da Sumqayıt-Bakı yolunun 10-cu kilometrliyində DAF markalı 67-CA-127 nömrə nişanlı,  “Toyota Corolla” markalı 77-NF-032 dövlət nömrə nişanlı və “Toyota Prius” markalı 77-PX-198 dövlət nömrə nişanlı avtomobillərin iştirakı ilə baş verib:

“İlkin ehtimala görə hadisə DAF markalı avtomobilin sürücüsü Vüqar Mayılovun manevr edərkən idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb”.

Faktla bağlı araşdırma aparılır.

15:20

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Zəncirvari qəza zamanı yük maşını və iki minik avtomobili toqquşub.

Hadisədən sonra magistral yolda sıxlıq yaranıb.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Əzizə İsmayılova

Bənzər xəbərlər

Gündəm

0.034745216369629