Maşınlarını satsalar da, əməliyyat pulunu toplaya bilməyiblər: Samirənin dəstəyə ehtiyacı var - FOTO
Dörd yaşlı Samirə ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə Mozalan.az-a onun anası Ləman Əliyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə qapalı spina-bfida xəstəliyindən əziyyət çəkir.
“Samirənin dörd yaşı var. Anadangəlmə qapalı spina-bfida xəstəliyindən əziyyət çəkir. Hamiləliyim boyu hər şey normal olsa da, doğumdan sonra Samirənin bu xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Açığı belə bir xəstəliyin olduğunu mən ilk dəfədir eşidirdim. Samirə doğulan gündən müalicələr edirik, hazırda isə onun əməliyyata ehtiyacı var”.
Ləman Əliyeva övladının əməliyyatının Türkiyədə olacağını deyib.
“Samirə Türkiyədə yerləşən xəstəxanalardan birində əməliyyat olunmalıdır. Əməliyyat üçün isə 12 min dollara ehtiyac var. Dəyərli əşyalarımı və maşınımızı sataraq 15 min manat toplaya bilmişik. Hazırda əməliyyat üçün 5 000 manatımız çatmır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Bu əməliyyat Samirənin həyatda qalması, yaşaması üçün çox vacibdir”.
Ailə ilə əlaqə: (070) 382-25-26.
Bank Respublika: 4244 4848 4761 5972.