Apr 26

Bakıda oğlunu öldürən ataya hökm oxundu

Bakıda oğlunu qəsdən öldürməkdə təqsirləndirilən Ramiz İsrafilova hökm oxunub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs Ramiz İsrafilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin aprelində Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ramiz İsrafilov aralarında yaranmış mübahisə zamanı oğlu - 1990-cı il təvəllüdlü Kamran İsrafilovu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ramiz İsrafilov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bənzər xəbərlər

Gündəm

0.018204927444458