Xocalı al lalələrlə bəzənib - FOTO
Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur.
Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı bu tablo insanın ruhunu oxşayır.
AZƏRTAC Xocalıdan göz oxşayan fotoları təqdim edir.