Bakıda qəza: İki nəfər xəsarət alıb
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 21:38 radələrində Xətai rayonu, Xudu Məmmədov, Şərur MTK ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, qəza nəticəsində iki nəfər xəsarət alıb.
Təcili tibbi yardım briqadası tərəfindən 16 yaşlı şəxs (cinsi kişi) burun sümüyünün sınığı və sağ biləyin travması, digər 16 yaşlı şəxs isə (cinsi kişi) sağ biləyin sıyrılmış yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospital olunub.