Apr 22

Ödənişli yolda qəza: Xəsarət alanlar var - FOTO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, KIA markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan beş nəfərdən dörd nəfəri - Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Aleksey Fedroviç Makiyev, 1977-ci il təvəllüdlu Elena Makiyeva, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.030375003814697