Ümid və Nəzrinin müalicə üçün dəstəyə ehtiyacı var: Anaları yardım istəyir - FOTO
Ümid və Nəzrin Rəhimlinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Mozalan.az-a onların anası Diləfruz Həsənova məlumat yayıb.
Ana hər iki övladının SMA-2 xəstəliyindən əziyyət çəkdiyini deyib.
“Ümidin 15, Nəzrinin isə 13 yaşı var. Onlar doğulanda hər şeyin normal olduğunu düşündük. Daha sonra uşaqların səhhətinin yerində olmadığını gördük. 2021-ci ilə qədər övladlarıma miopatiya və serebral iflic diaqnozları qoyulmuşdu. 2021-ci ildə Türkiyədə verdiyimiz genetik analizlər nəticəsində övladlarımın ikisinin də SMA-2 xəstəliyindən əziyyət çəkdiyini öyrəndim”.
Gənc ana övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
“Mən tək anayam, yoldaşım 2021-ci ildə vəfat edib. O gündən bura uşaqların müalicələrini öz hesabıma, qohum-əqrəbanın dəstəyi ilə etmişəm. Hazırda uşaqlara “Evrys” adlı dərmanı almalıyam. Bunun üçün isə 10 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 672-74-63.
Uni Bank: 5243 7544 4078 8105.